Background Image
Previous Page  9 / 324 Next Page
Information
Show Menu
Previous Page 9 / 324 Next Page
Page Background

5

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi

“...Fövqəladə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin

I hissəsinin ərazisində (1) erməni quldurları tərəfindən yaralanan və şikəst

edilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrast atırdılar və bir güllə

əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qabaqlarına çıxan hər

kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra

isə meyitləri eybəcər hala salırdılar”...

Quba şəhər pristavının – polis idarəsi rəisinin raportundakı bu

sətirlər 1918-ci ilin aprel-may aylarında Quba şəhərində və Quba qəzasının

kəndlərində baş vermiş qanlı hadisələr barədə yüzlərlə şəhadətlərdən yalnız

biridir. Öz polietnik tərkibi ilə seçilən, say etibarilə üstünlük təşkil edən

Azərbaycan türkləri ilə yanaşı ləzgi, tat, yəhudi, rus, erməni və digər xalqların

nümayəndələrinin kompakt şəkildə yaşadığı Azərbaycanın bu bölgəsinin

əhalisinin “günahı” nə idi? Axı bu əyalətin müxtəlif milli-etnik və dini-sektant

əhali qrupları arasında daima mehriban qonşuluq əlaqələri mövcud olmuş

və uzun yüz illər ərzində qorunub saxlanılmışdı. Həmçinin, Quba şəhərinin

yerli erməni əhalisinin sayı “500 nəfərdən” çox deyildi (2), fəallığı isə Bakı və

Şamaxı şəhərlərinin və ya Qarabağın erməni əhalisinin fəallığı ilə müqayisəyə

belə gələ bilməzdi.

Bu suala cavab verməzdən əvvəl, Quba əyalətinin tarixinə və 1918-ci

ilin yazında baş vermiş qanlı faciələrə gətirib çıxaran hadisələrə nəzər salmaq

münasib olardı.

* * *

Qubanın köküorta əsrlərə gedib çıxan tarixi haqqında hələ qədimalban,

ərəb, fars və türk mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının

və səyahətçilərinin əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur.

Tarixdə “Quba” kimi qeyd edilmiş coğrafi ərazilər – tam mərkəzdə yerləşən

şəhərin adına uyğun – qədim dövrlərdən Böyük Qafqaz sıra dağlarının

şimal-şərq qollarından başlayaraq Samur-Dəvəçi çökəkliyinədək uzanıb

getmişdir. Daha qədim coğrafi ad olan “Quba” toponiminin özü kifayət

qədər geniş – “Xəzərətrafı əyalətlərdə, habelə Şirvan və Şimali Qafqazı əhatə

etməklə, Monqolustandan Rusiyanın mərkəzi zolağınadək olan ərazilərdə”

yayılmışdır. (3) Bu toponimin yaranması haqqında, o cümlədən Azərbaycanın

Quba şəhərinin adı haqqında bir çox müxtəlif xarakterli və bəzən bir-biri-

ni inkar edən yozmalar mövcuddur ki, onların arasında həqiqətə daha

çox uyğun olanları qeyd edək: Məkkə şəhərinin yaxınlığında Məhəmməd