Fəaliyyət

Gobus_Cover.jpg

Heydər Əliyev Fondu Şərq ölkələrinin bir çoxunda tanınan və məşhur olan “Qabusnamə” kitabını rus dilində nəşr etmişdir.Tərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. 1082-1083-cü illərdə Cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin padşahı Keykavus tərəfindən yazılmış “Qabusnamə” orta əsrlərdə hökmdarların...

Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da Ağsuya səfəri zamanı təməlini qoyduğu uşaq-gənclər bədii yaradıcılıq məktəbi üçün yeni binanın tikintisi sürətlə davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan bina şəhərin şimal-qərbində, Muğanlı-Yevlax magistral yolunun kənarındadır. Bu məqsədlə 0,56 hektar torpaq sahəsi ayrılmışdır...

29 mart 2010-cu ildə Buxarest şəhərindəki Aqronomiya və Tibbi Elmləri Universitetində “Canlı alov – Azərbaycan təəssüratları” konfransı təşkil olunmuşdur. Tədbir Buxarest Yazıçılar Assosiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilmişdir.Konfransda Buxarest Yazıçılar...

Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirmişlər ki, martın 21-də səfirliyin və Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə Buxarestdə Novruz bayramı qeyd olunmuşdur.Tədbirdə səfir Eldar Həsənov Novruz bayramının Azərbaycan xalqının adət və ənənələri arasında özünəməxsus yer tutduğunu, Novruzun xalqımızın bütün varlığını özündə cəmləşdirən bayram...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtın Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evində Novruz bayramı şənliyi təşkil edilmişdir.Uşaq evinin baş həkimi İradə Musayeva bildirmişdir ki, ölkəmizin rəhbərliyi tərəfindən uşaqların sağlam böyüməsi, təhsil, təlim və tərbiyəsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri əvəzedilməzdir...