Fəaliyyət

DSC06707qan.jpg
Heydər Əliyev Fondunun və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və birgə təşkilatçılığı ilə Zərdabda növbəti qanvermə aksiyası keçirilib. Talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə kömək məqsədi ilə təşkil olunan aksiyada idarə, müəssisə və təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında çalışan 300 nəfərdən çox zərdablı iştirak edib...
2.jpg

Heydər Əliyev Fondu hər il olduğu kimi bu il də uşaq evlərində və internat məktəblərində tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni İl şənlikləri keçirir. Dekabrın 28-də “Buta” sarayında təşkil olunmuş növbəti bayram şənliyində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva...

Heydər Əliyev Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu rayonun Sahil qəsəbəsində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əlil və fiziki cəhətdən qüsurlu uşaqlar üçün bayram şənliyi keçirilib. Rayon ərazisində fəaliyyət göstərən 9 nömrəli xüsusi təyinatlı internat məktəbi, 39 nömrəli kardio-nevroloji uşaq sanatoriyası...

004.JPG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 27-də Bakının Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri...

01_LEYLA_ALIYEVA-USHAQ_EVLARI-ZIYARAT_.JPG
Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Yeni il bayramı ərəfəsində Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq evində olub. Leyla Əliyevaya məlumat verildi ki, bina 1930-cu ildə tikilmiş və iki ildən sonra uşaq evi kimi fəaliyyətə başlamışdır. Uşaq evi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə...