Fəaliyyət

1.jpg

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Baş Nazirinin katibliyi nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” Fondu tərəfindən bu ölkənin müxtəlif şəhərlərində yerləşən 11 uşaq evinin 1200 sakini üçün iftar süfrəsi təşkil edilib. Baraha Ko şəhərində təşkil olunmuş təntənəli mərasimdə...

QABALA-FESTIVAL-YEKUN.JPG

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatıb. 13 gün davam edən konsertdə Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər. Festival London Royal Filarmonik Orkestrinin solistlərinin çıxışı ilə başa çatıb. İki dəfə “Qremmi” və 40-dan çox beynəlxalq mükafatın...

01_QABALA-FESTIVAL-RASMI ACILIS.JPG

İyulun 25-də Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelinin qarşısındakı parkda, açıq səma altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olmuşdur. Mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Milli Məclisin deputatı...

002.JPG

İyulun 10-da Bakı Şəhər İcra Hakimiyyətinin Yasamal rayonundakı 325 nömrəli uşaq bağçası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva təmir və yenidənqurmadan sonra bağçadakı şəraitlə tanış olublar. Məlumat verildi ki...

003.JPG

İyulun 10-da Bakı Şəhər İcra Hakimiyyətinin Yasamal rayonundakı 27 nömrəli uşaq bağçası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva təmir və yenidənqurmadan sonra bağçadakı şəraitlə tanış olublar. Uşaq bağçasının əvvəlki və hazırkı görkəmini...