Fəaliyyət

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün İzmir şəhərində iftar süfrəsi təşkil edib. Tədbirdə tələbələrlə yanaşı, İzmirdəki nüfuzlu universitetlərin müəllimləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Azərbaycan diasporunun təmsilçiləri də iştirak ediblər. Çıxış edənlər tələbələrin iftar süfrəsi arxasında bir yerə toplanmasını milli-mənəvi...

01_qabala-beynalxalq-musiqi-festivali-achilish.jpg

İyulun 24-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda Qəbələ V Beynəlxalq Musiqi Festivalı başlayıb. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub: Məktubda deyilir: “Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi – Qəbələ V Beynəlxalq...

01_paksitan-fond-iftar-sufrasi-.jpg

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın paytaxtı İslamabad şəhərindəki “Edhi Homes” kimsəsizlər evində məskunlaşan uşaqlar və ahıllar, həmçinin bu təşkilatın texniki işçiləri və dəvət olunmuş qonaqlar üçün iftar süfrəsi təşkil olunub. Tədbirdə senatorlar Malik Məhəmməd Rafiq Racvana və Seyid Zəfər Əli Şah...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Təmiz Şəhər” ASC-nin iyulun 11-dən 15-dək Mingəçevirdə təşkil etdiyi “Təmiz şəhər naminə” IV ekoloji yay məktəbi başa çatıb. Yay məktəbi tullantıların idarə olunması sahəsində gənclərin maarifləndirilməsinə, onların ekoloji mədəniyyətlərinin artırılmasına xidmət edirdi. Məktəbdə 50 tələbə tullantıların idarə olunması sahəsində əsas anlayışlar...

11.gif

İyulun 7-də Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filmi nümayiş etdirilib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan və Azərbaycan kino tarixinin qızıl fondunu təşkil edən bu film ilk növbədə XX əsrin əvvəlindəki...